Qəhrəmanların izi ilə (film, 1975)
Filmin qəhrəmanlarının izləri Kerç yarımadasına, yeraltı daş karxanalarına gedib çıxır. Burada hər bir daş o dövrün ağır günlərinin, faciələrin, fəlakətlərin şahididir. İndiyə qədər bu yerlərdə əsgər dəftərləri, papaqları, silahları tapılıb üzə çıxarılır.
1942-ci il mayın 1-də daş karxanasının dərinliyində yeraltı qarnizon təşkil olunmuşdu. Həmin qarnizonda çoxlu azərbaycanlı var idi. Qarnizon faşist ordusu ilə mühasirəyə alınmışdı. Əsgərlər faşist cəlladlarına uzun müddət müqavimət göstərmişlər. Biz bu faciənin bircə şahidini belə görə bilməsək də(onların heç biri sağ qalmayıb), gözlərimiz önündə igid, cəsur, fədakar əsgərlərimizin obrazları canlanır.
Rejissor: Cahangir Zeynallı
Ssenari müəllifi: Rəfael Faybisoviç
Operator: Faiq Qasımov
Səs operatoru: Şamil Kərimov
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.